Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA
# 19 iyun 2024 10:56 (UTC +04:00)

İyunun 19-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Balakəndə 46 mm, Şəkidə 24 mm, Zaqatalada 12 mm, Ağstafada 8 mm, Ordubadda 7 mm, Qax (Sarıbaş), Ağdamda 6 mm, Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan, Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız, Göyçayda 5 mm-dək olub.


Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 m/s, Goranboyda 27 m/s, Ağdamda 22 m/s, Beyləqan, Bərdə, Culfada 20 m/s, Mingəçevir, Şəmkirdə 18 m/s, Zaqatalada 17 m/s, Ceyrançöl, Naxçıvanda 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR