ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir
# 22 iyun 2024 11:27 (UTC +04:00)

Çaylarda suyun səviyyəsi izlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdımançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir. Digər çaylarda isə nisbətən azalma müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçməsi davam edir.
"Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR