Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 21 fevral 2024 16:19 (UTC +04:00)

Fevralın 21-i saat 16:00-a olan məlumata əsasən şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR