Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 05 noyabr 2024 15:01 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 5-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə APA-ya Xidmətdən məlumat verilib.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə, Bakıda və Abşeron yarımadasında 20 m/s , eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR