Gəncədə yağan güclü leysandan sonra baş verən sel şəhərin bir neçə ərazisində ciddi fəsadlara səbəb olub.
APA-nın yerli bürosunun məlumatına görə, sel suları bir sıra yaşayış massivlərində fərdi evlərə dolub.
***
00:02
Gəncə şəhərində intensiv yağan yağış nəticəsində sel hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün gecə saatlarından etibarən şəhərə güclü yağış yağıb.
Yağıntı nəticəsində bir neçə küçəni sel suları basıb. Avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.
Hazırda Gəncədə leysan xarakterli yağış davam edir.
Qeyd edək ki, qərb bölgəsini əhatə edən bir sıra rayonlarda da yağıntılı hava şəraiti müşahidə olunur.