Bu yay ölkədə 147 sel-daşqın hadisəsi baş verib.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, bu, ölkədə rekord göstəricidir.
Nazim Mahmudov qeyd edib ki, son 10 ildə dünyada baş verən iqlim dəyişmələri ölkəmizdən də yan keçmir:
"Tez-tez sual verilirdi ki, qışda hava niyə belə mülayim keçir. Noyabrda havanın temperaturunun 24 dərəcəyədək yaxınlaşdığı müşahidə edildi. Bu, məhz iqlim dəyişmələrinin təsiridir".
O həmçinin qeyd edib ki, Hidrometeorologiya Xidməti baş berən təhlükəli atmosfer hadisələrinin proqnozlaşdırıması üçün işlər görür:
"Azərbaycanda sms radarla bağlı işlər davam edir. Beynəlxaq təcrübə hazırda araşdırılır. Ən yaxın ölkə olan Türkiyə təcrübəsi də araşdırılır. Bununla bağlı ekspert qrupunun görüşü də planlaşdırılıb. Növbəti ildə ən müasir beynəlxalq təcrübəni ölkəmizdə tətbiq edəcəyik".