Zaqatala ərazisinə dolu yağıb

Zaqatala ərazisinə dolu yağıb
# 20 may 2024 23:54 (UTC +04:00)

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir, Zaqatalanın bəzi ərazilərinə qısamüddətli dolu yağıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, artıq 18-gündür ki, ölkənin Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür.

Axşam saat 22 radələrindən başlayaraq bölgənin Qax və Zaqatala rayonlarında hava şəraiti yenidən dəyişilib.

Rayonların inzibati ərazisinə yağış və qısa müddətli leysan yağışı yağıb.

Zaqatalanın rayon mərkəzinin bəzi hissəsinə, Yuxarı Tala və Aşağı Tala kəndlərinin ərazilərinə 3-4 dəqiqə ərazində dolu yağıb.

Hazırda yağışlı hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR