BQXK şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı ona ünvanlanmış müraciətinə cavab verib.

 

Bu barədə APA-ya Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.

 

“Peter Maurer Ombudsmanın məktubuna cavab verərək bildirib ki, onlar hadisənin inkişafını diqqətlə izləyir və ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin cənazəsinin qaytarılması üçün çalışmağa davam edəcəklər”, - deyə A. Səfixanlı söyləyib.

 

Qeyd edək ki, əsgər Çingiz Qurbanov sərhəd zonasında Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ