Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı vətəndaşlara müraciət edib

dovlet komissiyasi itkin dusmus sexslerle bagli vetendaslara muraciet edib

Bakı-APA. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi və sistemləşdirilməsi işini davam etdirir.

 

Komissiyadan APA –ya bildirilib ki, aidiyyəti dövlət qurumlarının vasitəsilə aparılan araşdırma nəticəsində itkin düşmüş şəxslərin böyük əksəriyyəti haqqında məlumatların dəqiqləşdirilməsinə baxmayaraq, 100-dən çoxunun fotoşəkilinin əldə edilməsi mümkün olmayıb. 

 

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası təqdim edilən siyahıdakı itkin düşmüş şəxslərin ailə üzvlərindən, qohumlarından, dostlarından və yaxınlarından (sinif, tələbə, əsgərlik və ya iş yoldaşlarından, qonşularından, həmkəndlilərindən və onları tanıyan digər insanlardan) onların fotoşəkillərinin tapılmasına yardım etmələrini xahiş edir. 

 

Fotoşəkillər Komissiyasının İşçi qrupuna (Bakı şəhəri, Parlament prospekti 14), Dövlət Təhlükəsizliyi Xidmətinin yerli struktur bölmələrinə təqdim edilə, eyni zamanda Dövlət Komissiyasının elektron poçt ünvanına: info@human.gov.az göndərilə bilər.

 

Qurum vətəndaşları bir daha bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yardım etməyə çağırır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ