HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissələrində yeni yaşayış kompleksləri istifadəyə verilib - FOTOSESSİYA

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsinin ərazisində yeni istifadəyə verilmiş yaşayış komplekslərinin açılışında iştirak edib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi ərazilərdəki hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, qazanxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlara baxış keçirib.

 

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə effektiv təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək. Hərbi hissələrin komandir və şəxsi heyəti ilə görüşən nazir müvafiq tapşırıqlar verib.

 

Cəbhəboyu zonada səfərdə olan Z. Həsənov tikintisi davam edən bir neçə hərbi obyektdə olub və inşaat işlərinin gedişini yoxlayıb.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tikinti işlərinin keyfiyyəti ilə maraqlanan müdafiə naziri müvafiq göstərişlər verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ