Hərbi məktəbin kursantları artilleriya qurğularından döyüş atışları icra edib

Bu ilin döyüş hazırlığı planına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursunda təhsil alan kursantlar üçün artilleriya təlim mərkəzində “Atış və atəşin idarə edilməsi” fənni üzrə döyüş atışlı praktiki məşğələ keçirilib.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, məşğələnin əsas məqsədi tədris dövründə keçirilən dərslərdə ixtisas hazırlığı üzrə əldə olunan bilik və bacarıqların poliqonlarda, real döyüş şəraitinə uyğun vəziyyətdə praktiki tətbiqinin yoxlanılması olub.

 

Kursantlar 122 millimetrlik D-30 tipli haubitsalardan döyüş mərmiləri ilə atışları icra etməklə müxtəlif məsafələrdə hərəkət edən və hərəkətsiz hədəfləri məhv etmək üzrə normativ çalışmaları yerinə yetiriblər.
 

Döyüş şəraitinə tam uyğunlaşdırılmış vəziyyətdə keçirilən təlimdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji keyfiyyətləri yüksək qiymətləndirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ