Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib

mudafie naziri bir qrup herbi qulluqcuya polkovnik herbi rutbesi teqdim edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə "polkovnik" hərbi rütbəsi verilib.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi qulluqçularla görüşən Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

 

Müdafiə naziri Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ