Müdafiə naziri Zakiri Həsənov Çingiz Qurbanovun 40 mərasimində iştirak edib


Bu gün Milli Qəhrəman Çingiz Qurbanov 40 mərasimi keçirilir.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Milli Qəhrəmanın 40 mərasiminə rayonun  müxtəlif təşkilat və qurumların əməkdaşları qatılıb.

 

Bu gün həmçinin, Çingiz Qurbanovun haqqında yazılmış "Çingiz dastanı" kitabının da təqdimatı olub.

 

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

 

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ