Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

mudafie nazirliyi esger olumu ile bagli yayilan xeberlere aydinliq getirib

Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

“Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”, məlumatda qeyd olunur.

 

Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: “Bir daha xatırladaq ki, ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ