Silahlı Qüvvələrin Hərbi Akademiyasının beynəlxalq əlaqələri genişlənir

silahli quvvelerin herbi akademiyasinin beynelxalq elaqeleri genislenir

Bakı-APA. Silahlı Qüvvələrinin Hərbi Akademiyası Avropa ölkələrinin hərbi elm və təhsil müəssisələri ilə əməkdaşlığı davam etdirir.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Polşanın Varşava Hərbi Tədqiqatlar Universiteti "Beynəlxalq təhlükəsizlik və hərbi tədqiqatlar İSMS 2016" mövzusunda birgə beynəlxalq elmi konfrans keçirib. Hərbi Akademiya konfransa telekörpü vasitəsilə qoşulub. 

 


Varşava Hərbi Tədqiqatlar Universitetinin rəhbəri konfransı açaraq bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın iştirakçılarına uğurlar arzulayıb və birgə əməkdaşlığın perspektivlərindən söz açıb.
 

Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru S.Sadıyevin "Silahlı Qüvvələrdə müxtəlifliklərin idarə olunması strategiyası" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Silahlı Qüvvələrində multikultural dəyərlərin qorunması və müxtəlifliklərin idarə olunması strategiyasından bəhs olunub. Məruzəçi bu sahədə Azərbaycan modelinin özəlliklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Hərbi Akademiyanın Adyunktura və elm şöbəsinin rəisi polkovnik Elşən Həşimov "CİS texnologiyasından istifadə etməklə görünməyən obyektlərin aşkar edilməsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ArcGis proqram təminatından istifadə etməklə real dağlıq ərazinin 3D modelinin qurulması və onun nəticələri barədə danışıb. 
Konfransda hərb elminin digər aktual problemlərinə dair elmi məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ