"Tank biatlonu" müsabiqəsində reytinqə görə Azərbaycan tankçıları 5-ci yerdədir

Bakı. Fərid Mirzəyev - APA. “Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 15 mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi “Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək.

 

Yarımfinal yarışları zamanı 4 komandadan ibarət qruplarda tankçılarımız avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.
 

Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq.
 

Ən yaxşı heyət sıralamasında reytinqinə görə Azərbaycan tankçıları 5-ci yerdədir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ