Zakir Həsənov NATO toplantısında çıxış edib

zakir hesenov nato toplantisinda cixis edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə iştirak edib. Nazirlikdən APA-ya verilən məlumata görə, toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı barədə müzakirələr aparılıb.

 

İclasda çıxış edən general-polkovnik Z.Həsənov ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfəni qeyd edərək Əfqanıstana yardım məqsədilə təlim, təhsil, infrastruktur, nəqliyyat, investisiya və digər sahələrdə müxtəlif proqramların həyata keçirildiyini xüsusi vurğulayıb.

 

Müdafiə naziri çıxışında Alyansın etibarlı tərəfdaşı kimi, Azərbaycanın 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcəyini görüş iştirakçılarının nəzərinə çatdırıb.

 

Keçən həftə açılışının həyata keçirildiyi Bakı-Tbilisi-Qars dəmir yolunun böyük geosiyasi məkanda tarixi əhəmiyyətini xüsusi qeyd edən Müdafiə naziri, bu layihənin Avropa və Asiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini, o cümlədən Qətiyyətli Dəstək Missiyasının ehtiyaclarının yerinə yetirilməsi üçün böyük imkanlar yaratdığını da diqqətə çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291