Gədəbəyin Söyüdlü kəndində su hövzəsində külli miqdarda qumbara, raket və patron  aşkarlanıb - FOTOSESSİYA

Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)  12-13 tarixlərində Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, 12 avqust saat 16:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olunub. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat 13 avqustda davam etdirilib. Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1), 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası (3 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq), 10 ədəd partladıcı (UZRQM), 6 ədəd tank əleyhinə qumbara kapsulu, 1 ədəd tank əleyhinə qumbaranın tutacaq hissəsi, 1 ədəd tank əleyhinə raketin mühərrik hissəsi, 840 ədəd 5.45 mm-lik patron, 7 ədəd avtomat darağı və 2 ədəd RPK-74 darağı) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • heyder eliyev merkezinin parkinda dihaj qrupunun konserti olub
    Heydər Əliyev Mərkəzinin parkında “Dihaj” qrupunun konserti ...
  • sahdag milli qorugunda yangin sondurulub yenilenib
    Şahdağ Milli Qoruğunda yanğın söndürülüb - YENİLƏNİB...
sahdag milli qorugunda yangin sondurulub yenilenib sahdag milli qorugunda yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ