Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib - FOTOSESSİYA

Avqustun 12-də Moskva şəhərində səfərdə olan müdafiə naziri Zakir Həsənov Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

 

Rusiya müdafiə naziri Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan  “Dostluq Evi”nə gəliblər. Burada onlar Z. Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olub.  “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

 

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • heyder eliyev merkezinin parkinda dihaj qrupunun konserti olub
    Heydər Əliyev Mərkəzinin parkında “Dihaj” qrupunun konserti ...
  • sahdag milli qorugunda yangin sondurulub yenilenib
    Şahdağ Milli Qoruğunda yanğın söndürülüb - YENİLƏNİB...
sahdag milli qorugunda yangin sondurulub yenilenib sahdag milli qorugunda yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ