Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” çoxmillətli təlimində tapşırıqları icra ediblər - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” çoxmillətli təlimində tapşırıqları icra ediblər - VİDEO
# 21 may 2024 10:00 (UTC +04:00)

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub.

APA MN-ə istinadən xəbər verir ki, təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər.
Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla yerinə yetirilib.
Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Qeyd edilib ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən beynəlxalq təlim mayın 30-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR