Azərbaycan və Serbiya Hərbi Hava Qüvvələri mütəxəssislərinin görüşü olub

Azərbaycan və Serbiya Hərbi Hava Qüvvələri mütəxəssislərinin görüşü olub
# 24 iyun 2025 12:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR