Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev

© APA | Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev

# 17 may 2024 14:34 (UTC +04:00)

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib.

APA MN-ə istinadən xəbər verir ki, Baş Qərargah rəisi səhra məntəqəsinə gələrək tapşırıqların icrası zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bildirilib ki, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.

Qeyd olunub ki, praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib.

General-polkovnik Kərim Vəliyev təlimin gedişatını müsbət qiymətləndirib, bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin, keyfiyyətinin daha da artırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR