Parlament Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişi ratifikasiya edib

Parlament Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişi ratifikasiya edib
# 02 oktyabr 2023 12:34 (UTC +04:00)

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihəyə əsasən, Azərbaycan və Gürcüstan aşağıdakı sahələrdə əməkdaşlıq edəcək:

- hərbi təhsil, treninq və təlimlər;

- müdafiə və təhlükəsizlik siyasəti;

- sülhməramlı və humanitar əməliyyatlar;

- NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;

- silahlara nəzarət və tərksilah;

- hərbi qanunvericilik;

- maddi-texniki təminat;

- mülki-hərbi əməkdaşlıq;

- müdafiə sahəsində kibertəhlükəsizlik;

- hərbi xəritəçilik;

- hərbi tibbi xidmətlər;

- sosial, idman və mədəni tədbirlər;

- humanitar minatəmizləmə;

- qarşılıqlı maraq kəsb edən digər məsələlər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR