MN: Hərbçilərimizin meyiti ermənilərdə deyil ki, onlar da bizə qaytarsınlar

mn herbcilerimizin meyiti ermenilerde deyil ki onlar da bize qaytarsinlar

Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir: “Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır. Ermənistan tərəfinin bu cür məlumatlar yayması, bəzi yerli saytların da bunu tirajlaması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır.  

 

Qeyd edək ki, ermənilər döyüş meydanında qalan Azərbaycan hərbçilərinin meyitlərini qaytarmağa hazır olduqlarını açıqlayıblar. 

 

Müdafiə Nazirliyinin yayadığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə müvafiq tədbirlər həyata keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ