Şəhid hərbçi dəfn edilib

Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi  Şahlar Yaşar oğlu Nəzərov bu gün anadan olduğu Yardımlı rayonunda dəfn edilib.

 

APA-nın cənub bürosunun xəbərinə görə, 1990-cı il təvəllüdlü hərbi qulluqçu anadan olduğu Peştəsər kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Şəhidlə vida mərasimində Müdafiə  Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.

 

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

 

Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ