Ermənilər minaatan və toplardan da istifadə etməklə atəşkəsi pozmaqda davam edirlər

ermeniler minaatan ve toplardan da istifade etmekle ateskesi pozmaqda davam edirler

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.

 

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen, Noyemberyan rayonunun Voskepar, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli, Aşağı Əskipara, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ