Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər üçün sənəd qəbulu başlayıb

muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan şəxslərə müraciət edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

 

Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər. Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (və ya şəxslər) SQ TTM-in komandanlığına ərizə ilə müraciət etməlidir.

 

TTM-də təşkil olunan “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ən azı ümumi orta təhsilli, 28 yaşınadək olan vətəndaşlar qəbul olunur.

 

Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.

 

Müraciətlər sentyabrın 20-dən oktyabrın 3-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi, telefon: (012) 538-85-62) ünvanında qəbul ediləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • simal cenib dehlizi ile yukdasimalarin hecmi artib
    “Şimal-Çənib” dəhlizi ilə yükdaşımaların həcmi artıb...
  • bakida sahibsiz itler birkalanacaq
    Bakıda sahibsiz itlər birkalanacaq
bakida sahibsiz itler birkalanacaq bakida sahibsiz itler birkalanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.0087
 
RR
0.0296