Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş "Çingiz dastanı" kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, son 3 ildə ermənilər daim təxribata əl atır, Azərbaycanın mövqelərinə zərbə vurmağa çalışırlar. O qeyd edib ki, Azərbaycan ordusunun qəhrəman oğulları düşmən təxribatının qarşısını hər zaman şücaətlə alıblar: "Ermənilər bu gün dansalar da, həm aprel hadisələrində, həm də digər döyüşlərdə böyük itkilər veriblər. Azərbaycan bu gün öz torpaqlarını azad etməyə qadirdir. Buna Azərbaycanın sahib olduğu silah-sursatla yanaşı, eyni zamanda ordumuzun döyüş əhval-ruhiyyəsinin yüksək səviyyədə olması əsas şərait yaradıb".

 

R. Əliyev qeyd edib ki, Azərbaycanın igid əsgərlərindən biri də Çingiz Qurbanovdur: "O, düşmənin hücumunu dəf edərək, 3 erməni zabiti və 1 əsgərini məhv edib. Onu şəhidlik zirvəsinə ucaldan içindəki vətən sevgisi idi. Fikrimcə, onun xatirəsinə yazılmış və bu gün təqdimatına yığıldığımız bu kitab qəhrəmanlıq tarixi baxımından çox önəmlidir".

 

Kitabın müəllifi Abdulla Qurbani kitabın gənclərə bir nümunə və örnək olacağını deyib. O qeyd edib ki, Ç. Qurbanovun şəhid olmasının 40-cı günü ərəfəsində çap olunan kitabın ilk nüsxəsi müdafiə naziri Zakir Həsənova təqdim olunub. A. Qurbani şəhid Çingiz Qurbanovla bağlı xatirələrini bölüşərək, onun döyüş yolu barədə məlumat verib: "Şəhid ruhu müqəddəsdir. Bu gün Azərbaycanın ali baş komandanı, cənab prezident İlham Əliyev və Azərbaycanın Müdafiə Nazirliyi şəhidlərimizə, qəhrəmanlarımıza böyük qiymət verir. Təsadüfi deyil ki, Çingiz Qurbanovun xatirəsi dövlət səviyyəsində anılıb, ona Milli Qəhrəman adı verilib".

 

Tədbirdə millət vəkilləri - Xanhüseyn Kazımlı və Məlahət İbrahimqızı da çıxış edərək, kitabın Ç. Qurbanovun xatirəsinin əbədiləşdirilməsi baxımından önəmini vurğulayıblar.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ