MN: Düşmən Ağdam istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutub

mn dusmen agdam istiqametinde movqelerimizi ve yasayis menteqelerimizi atese tutub

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

 

"Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır", - deyə məlumatda vurğulanır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ