Rusiya Hərbi-Dəniz Donanmasının nümayəndə heyəti Azərbaycana səfər edib

rusiya herbi deniz donanmasinin numayende heyeti azerbaycana sefer edib

Rusiya Hərbi-Dəniz Donanmasının (HDD) baş komandanlığının nümayəndə heyəti Azərbaycana səfər edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, səfərin məqsədi “Dəniz Kuboku-2017” beynəlxalq müsabiqəyə hazırlıq prosesini müzakirə etməkdir.    

 

Qeyd edək ki,  “Dəniz Kuboku-2017” beynəlxalq müsabiqə Azərbaycanda 1-10 avqust tarixlərinə keçiriləcək.

 

Rusiya  HDD baş komandanlığının nümayəndə heyətinə Rusiya Hərbi-Dəniz Qüvvələrinin (HDQ) Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov rəhbərlik edir.  

 

Müsabiqənin detalları Azərbaycan HDQ komandanlığının nümayəndələri ilə birlikdə nəzərdən keçiriləcək. Rusiya HDD-nin nümayəndə heyətinin Azərbaycan HDQ-nin “Puta” bazasına baş çəkəcəyi planlaşdırılıb.    

 

Viktor Koçemazov qeyd edib ki, səfər zamanı yerinə yetirilən epizodlar üzrə xalların hesablanması sisteminin bütün aspektləri və gəmi ekipajlarına veriləcək tapşırıqlar  dəqiq müəyyənləşdiriləcək, beynəlxalq hakimlər briqadası aormalaşdırılacaq.  

 

Qeyd edək ki, “Dəniz Kuboku” müsabiqəsi Beynəlxalq Ordu Oyunları çərçivəsində, iştirakçı dövlətlərin donanmaları və hərbi qüvvələri arasında dostluq münasibətlərini inkişaf etdirmək, habelə dəniz təhlükəsizliyinin təmin edilməsini təkmilləşdirmək məqsədi ilə keçirilir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ