QAT Gürcüstanın Marneuli rayonunda görüş keçirib

QAT Gürcüstanın Marneuli rayonunda görüş keçirib
# 28 oktyabr 2016 08:59 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanın Marneuli rayonunun Arıxlı kəndində görüş keçirib.


APA-nın xəbərinə görə, kənd sakinləri ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib, Qarabağ həqiqətlərinin çatdırılması baxımından təbliğatın vacibliyi vurğulanıb.


QAT sədrinin birinci müavini İlqar Əli bildirib ki, "xalq diplomatiyası" adı altında ermənilərin regionda apardığı təbliğat əslində onların öz maraqlarına xidmət edir. O, kənd sakinlərini bu cür təbliğata alət olmamağa çağırıb.


QAT İdarə Heyətinin üzvü Qələndər İsmayılov isə Dağlıq Qarabağ müharibəsində keçdiyi yol haqqında kənd sakinlərinə məlumat verib. O qeyd edib ki, torpaqların işğaldan azad olunması üçün müharibə qaçılmazdır: "Hesab edirəm ki, bundan sonra beynəlxalq təşkilatların fəaliyyətinə inanmaq lazım deyil".

Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev isə rayon sakinlərinin problemlərindən danışıb.

Sonda kənd sakinlərinə Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar və disklər paylanılıb.



Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR