MM ekstremizmlə məşğul olan dini qurumun ləğvi barədə dəyişiklikləri qəbul edib

MM ekstremizmlə məşğul olan dini qurumun ləğvi barədə dəyişiklikləri qəbul edib
# 28 oktyabr 2016 11:14 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrumetmə sanksiyalarını əhatə edir.

S. Novruzov bildirib ki, dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin də qarşısını alacaq: “Müstəqillik dövründə Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid fəaliyyət göstərir ki, bunun da 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200-ü həmin məscidlərdə çalışır. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində dini mütəxəssislər yetişdirilir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq".

Layihələr müzakirələrdən sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR