Lənkəran sakinini döyərək öldürən şəxs tutulub

Lənkəran sakinini döyərək öldürən şəxs tutulub
# 04 may 2017 12:37 (UTC +04:00)

Bakıda törədilən qətlin üstü açılıb.

 

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl rayonun Təbriz küçəsi 2 ünvanında üzərində xəsarətləri olan kişi meyiti aşkarlanıb. 

 

Araşdırmalar nəticəsində onun Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyev olması müəyyənləşib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində M. Əliyevin tanışı, 1965-ci il təvəllüdlü Elman Məhərrəmov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. E. Məhərrəmov tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR