Ermənistan Gürcüstana 6,2 mln. dollarlıq qaz nəql edib

Ermənistan Gürcüstana 6,2 mln. dollarlıq qaz nəql edib
# 05 sentyabr 2016 14:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2016-cı ilin I yarısında Ermənistandan Gürcüstana 24,7 mln. kubmetr qaz nəql olunub. "APA-Economics" "Panarmenian" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Gəlirlər üzrə Dövlət Komitəsinin açıqladığı hesabatda deyilir.

Nəql olunan qazın ümumi dəyəri 6,2 mln. dollar təşkil edib. Belə çıxır ki, Gürcüstan Ermənistandan 1000 kubmetr qazı 250 dollardan alır.

Bundan öncə İranın Neft Nazirliyinin tabeliyində olan Qaz İxracı üzrə Milli Şirkətin direktoru Əli Rza Kamili deyib ki, Tehran və Tbilisi Ermənistan üzərindən İran qazının nəqli ilə bağlı razılıq əldə edib. Onun sözlərinə görə, il ərzində Gürcüstana 500 mln. kubmetr qaz nəql olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR