Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
APA-nın xəbərinə görə, Rusiya İstintaq Komitəsinin regional bölməsinin yaydığı məlumatda bildirilir ki, saxlanılan Xancanov Balaş Allahşükür oğlu hazırda dindirilir.
Hadisə aprelin 26-sı axşam saatlarında baş verib. Çerniqovsk küçəsində 31 yaşlı Azərbaycan vətəndaşı odlu silahla qətlə yetirilib.
Onun xırda ticarətlə məşğul olduğu və kirayədə yaşadığı bildirilir.
Hüquq-mühafizə orqanları hadisədə şübhəli bilinən Balaş Xancanov barəsində axtarış elan etmişdi.