Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir

Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir
# 09 oktyabr 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Gürcüstanda parlament seçkilərinin ilkin nəticələrinə görə hakim “Gürcü arzusu” partiyasına məğlub olan Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları MSK-nın qarşısına toplaşıb. Binanın mühafizəsi gücləndirilib, patrul polisindən başqa əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Etirazçılar və polis arasında qarşıdurma baş verməyib.

“Biz MSK-nı xəbərdar etmək istəyirik ki, gürcü seçicilərin iradəsinə qarşı çıxış etməsinlər və reallığı əks etdirən göstəriciləri qeydə alsınlar”, - deyə partiya üzvü Levan Tarxnişvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində məntəqələrin 21,99 faizi üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin 52,67 faizini, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə 24,85 faizini toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR