Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Noyabr
# 01 noyabr 2016 17:14 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

İran Yaxın Şərqdə yeni əməkdaşlıq formatı təklif edir. Türkiyə və Səudiyyə Ərəbistanının regionun ən güclü dövlətləri kimi xarakterizə edilməsi əslində bu ölkələrə əməkdaşlıq təklifidir. Tehranı belə rahatlıqla əməkdaşlıq təklifi konkret reallığa əsaslanır - Yaxın Şərqin münaqişə bölgələrində İran qədər əli möhkəm olan ikinci dövlət yoxdur. Tehran həm Suriyada, həm İraqda de-fakto hakimiyyətini bərqərar etməyi bacarıb, hər iki ölkənin istər hökuməti, istər silahlı qüvvələri öz paytaxtlarından çox İrandan daha çox asılıdır. Yeni əməkdaşlıq formatı Qərbi regiondan sıxışdırmaq məqsədi daşıyır, İran format baş tutarsa, bu əməkdaşlığın Rusiyanın dəstəyi hesabına güclənə biləcəyinə də işarə vurur. Format gerçəkləşərsə, orta və uzunmüddətli perspektivdə Suriya və İraqın parçalanmasının qarşısını almaq mümkün olacaq. Təbii ki, burada Türkiyənin üzərinə böyük rol düşür. Türkiyə burada İran-Səudiyyə ziddiyyətlərini aradan qaldıra biləcək dövlət kimi nəzərdən keçirilir, çünki hazırda hər iki dövlətlə ən yaxın münasibətlərdə olan ikinci bir ölkə tapmaq çətindir. Ankaranın İranın nəzərində “regionun güclü dövlətləri” sırasına daxil edilməsi “Fərat qalxanı” əməliyyatı ilə güclənən mövqeyi ilə bağlıdır. İran 15 iyuldan əvvəl Türkiyəni regionda proseslərə təsir gücü olan dövlət kimi qəbul etməzdi. Yeni əməkdaşlıq formatı bu baxımdan həm də Türkiyənin bölgədə yürütməyə başladığı “sərt güc” siyasətinin bəhrəsi sayıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR