“Qəbələ”nin UEFA-nın Gənclər Liqasında rəqibi müəyyənləşib

“Qəbələ”nin UEFA-nın Gənclər Liqasında rəqibi müəyyənləşib
# 30 avqust 2016 15:18 (UTC +04:00)

Bakı – APA. Bu gün UEFA-nın Gənclər Liqasının 2016/17 mövsümündə “Çempionlar yolu”nun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan tədbirdə 32 komanda iştirak edib.

Bu komandalar əvvəl regionlar üzrə 4 qrupa bölünüb. İştirakçılar I mərhələdə 16 cüt təşkil edib. Bu cütlər növbəti raundun duellərinin tərkibini də müəyyənləşdirib.

AFFA-nın keçirdiyi U-19 Liqasının qalibi adını qazanan “Qəbələ” də öz ölkəsinin çempionu olan 32 komanda arasında mübarizə aparacaq. Püşkatmada təmsilçimizin I mərhələdəki rəqibi də müəyyənləşib. “Qırmızı-qaralar” bu raundda Moskva “Dinamo”su ilə qarşılaşacaq.

Cütün qalibi II mərhələdə “Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 18-19-da baş tutacaq. “Qəbələ” ilk oyunu evdə keçirəcək. II mərhələ isə noyabrın 1-2 və 22-23-də keçirilməlidi. Təmsilçimiz mərhələ adlasa, ikinci raunda səfərdə başlayacaq.

Gənclər Liqası

“Çempionlar yolu”

I mərhələ

“Nitra” (Slovakiya) - “Malaqa” (İspaniya)

“PFLA-Felçút” (Macarıstan) - PAOK (Yunanıstan)

APOEL (Kipr) - “Roma” (İtaliya)

“Domjale” (Sloveniya) - “Çukariçki” (Serbiya)

“Breydablik” (İslandiya) - “Ayaks” (Hollandiya)

HİK (Finlandiya) - “Kork Siti” (İrlandiya)

“Anderlext” (Belçika) - “Midtyulland” (Danimarka)

“Rusenborq” (Norveç) - AİK (İsveç)

“Viitorul” (Rumıniya) - “Şerif” (Moldova)

“Zrinski” (Bosniya və Herseqovina) - “Sürix” (İsveçrə)

“Zalsburq” (Avstriya) - “Vardar” (Makedoniya)

“Sparta” (Çexiya) - “Mladost” (Monteneqro)

“Qəbələ” (Azərbaycan) - “Dinamo” (Moskva, Rusiya)

“Makkabi” (Hayfa, İsrail) – “Şaxtyor” (Belarus)

“Dinamo” (Gürcüstan) - “Kayrat” (Qazaxıstan)

“Altınordu” (Türkiyə) - “Levski” (Bolqarıstan)

II mərhələ

“PFLA-Felçút” (Macarıstan)/PAOK (Yunanıstan) - “Breydablik” (İslandiya)/“Ayaks” (Hollandiya)

APOEL (Kipr)/“Roma” (İtaliya) - HİK (Finlandiya)/“Kork Siti” (İrlandiya)

“Nitra” (Slovakiya)/“Malaqa” (İspaniya) - “Anderlext” (Belçika)/“Midtyulland” (Danimarka)

“Rusenborq” (Norveç)/AİK (İsveç) - “Domjale” (Sloveniya)/“Çukariçki” (Serbiya)

“Altınordu” (Türkiyə)/“Levski” (Bolqarıstan) - “Sparta” (Çexiya)/“Mladost” (Monteneqro)

“Viitorul” (Rumıniya)/“Şerif” (Moldova) - “Zrinski” (Bosniya və Herseqovina)/“Sürix” (İsveçrə)

“Makkabi” (Hayfa, İsrail)/“Şaxtyor” (Belarus) - “Qəbələ” (Azərbaycan)/“Dinamo” (Moskva, Rusiya)

“Zalsburq” (Avstriya)/“Vardar” (Makedoniya) - “Dinamo” (Gürcüstan)/“Kayrat” (Qazaxıstan)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR