Prokuror dələduzluqda təqsirləndirilən vəkilə cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən vəkilə cəza istəyib
# 17 aprel 2017 09:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Yarəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, N. Yarəliyevə 8 illik həbs cəzası istəyib.

 

Proses aprelin 24-də davam etdiriləcək.

 

Qeyd edək ki, N. Yarəliyev vəkil kimi fəaliyyət göstərdiyini deyərək, zərərçəkmiş şəxsi məhkəmə zalından azadlığa buraxdıracağını deyib. O, zərərçəkmiş şəxsin yaxınlarının etibarından sui-istifadə edərək, onlara qarşı 35 min manat məbləğində dələduzluq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR