Məhkəmə Bəxtiyar Hacıyevi cərimələyib

 Məhkəmə Bəxtiyar Hacıyevi cərimələyib
# 17 avqust 2016 15:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yasamal rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev cərimələnib.

APA-nın məlumatına görə, məhkəmə onun 100 manat cərimə olunması barədə qərar qəbul edib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinə əsasən ittiham olunub.

Qeyd edək ki, B. Hacıyev ilə Yol Patrul Xidmətinin əməkdaşı olan polis nəfəri arasında mübahisə baş verib. Həmin polis əməkdaşı B. Hacıyevdən şikayət edib. Bundan sonra B. Hacıyev Yasamal rayon 27-ci Polis Bölməsinə çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR