Azərbaycan millisinin daha bir ağırlıqqaldıranı dopinqdə “ilişib”

azerbaycan millisinin daha bir agirliqqaldirani dopinqde ilisib

Bakı – APA. Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostovanın orqanizmində istifadəsi qadağan olunan preparatın tapılması rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legionerimizin adı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının açıqladığı siyahıda yer alıb.

 

Belə ki, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında dünya çempionumuzdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb. Bu səbəbdən də Olimpiadada 5-ci olan təmsilçimiz yenidən yoxlanacaq. Əgər B testi də eyni çıxarsa, o, diskvalifikasiya olunacaq.

 

İdmançıların nəticələrinin ləğvinə isə Beynəlxalq Olimpiya Komitəsinin rəyinə əsasən Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar verəcək.  

 

Təkrar analiz zamanı Valentin Xristovla İntiqam Zairovun da dopinqə düşməsi bildirilsə də, bu, hələlik rəsmi təsdiqini tapmayıb.

 

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Pekin-2008-də götürülən analizlərin də təkrar yoxlanılacağını istisna etməyib. London-2012-də götürülən analizlərin ikinci dəfə yoxlanılması nəticəsində isə Kostova ilə yanaşı, daha 9 atlet dopinq nəzarətə götürülüb.

 

Qeyd edək ki, ötən həftə yığmamızın daha 6 ağırlıqqaldıranı dopinqdə “ilişmişdi”. ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ