Azərbaycan yığması Avropa çempionatına məğlubiyyətlə başlayıb

azerbaycan yigmasi avropa cempionatina meglubiyyetle baslayib

Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsi çərçivəsində ilk matçına çıxıb. Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamızın 3-cü qrupda ilk rəqibi Lüksemburq yığması olub.

 

Şəxsi görüşlərdə Orxan Qələndərov və Kənan Rzayev lüksemburqlu rəqiblərinə məğlub olsalar da, Ezmi Qovimuramadhoni Yuno Tomasla görüşdən qalib ayrılmağı bacarıb. Təmsilçilərimiz qoşa yarışlarda da qələbə qazana bilməyib. Orxan Rzayev, Kənan Qələndərov tandemi 3 setin yekununda 1:2 hesabı ilə uduzub. Cahid Əlhəsənov və Ezmi Qovimuramadhoni cütü isə lüksemburqlu həmkarlarına 0:2 hesabı ilə məğlub olub. Yekunda Lüksemburq yığması millimiz üzərində 4:1 hesablı qələbə qazanıb.

 

Kişilərdən ibarət milli komandamız Kazan şəhərində keçirilən qitə çempionatında növbəti görüşünü sabah İslandiya millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301