Azərbaycan yığması Avropa çempionatına yeni idmançılarla yollanıb

azerbaycan yigmasi avropa cempionatina yeni idmancilarla yollanib

Sabah Çexiyanın Ostrava şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq.

 

Artıq komandamız qitənin ən möhtəşəm turniri üçün heyətini də açıqlayıb. Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına (İSU) göndərilən siyahıda 5 idmançımız yer alıb. Lakin onlardan 3-ü buz üzərinə çıxacaq.

 

Buna idman rəqslərində 2 cüt sifariş etməyimiz səbəb olub. Əslində, bu cütlərdən yalnız biri Avropa çempionatında mübarizə aparacaq. Ümumiyyətlə isə 30 duetin çıxış edəcəyi yarışda Azərbaycanı Vavara Oqloblina və Mixail Jirnov təmsil etməlidi. Əgər onlar son anda hansı problemlə üzləşərsə, Anastasiya Qalyeta və Avidan Braun şans qazanacaq.

 

Bu fiqurlu konkisürənlərə nəzər yetirsək, onların yığmamızda ilk ciddi sınağıdı. Mövsümün əsas yarışları – dünya və Avropa çempionatlarına seçmə xarakterli turnirlərə qatılan idmançılar Çexiyada ölkəmizi daha yüksək səviyyədə təmsil etməyə çalışacaqlar.

 

Belə ki, 20 yaşını cəmi 3 ay qabaq qeyd edən Vavara Kiyevdə anadan olsa da, Moskvada yaşayır. Onun partnyoru 23 yaşlı Mixail doğulduğu Rusiya hazırlıq keçir. Onlar “Blue Bird” klubunun üzvlərdi. Maraqlıdı ki, onlar fərqli duetlərdə çıxış ediblər. Vavara Mark Neçiporenko ilə Ukraynanı, Jirnov isə Darya Morozova ilə Rusiyanı təmsil ediblər.

 

Digər cütlük də fərqli ölkələrdəndi. Qalyeta ukraynalı, Braun isə böyük britaniyalıdı. 25 yaşlı Anastasiya Rusiyada olsa da, Odessada yaşayır və Kiyev “Dinamo”sunda çıxış edir. Nyu-Yorkda doğulub, ABŞ-da yaşayan Avidan isə “The Pond” klubunun üzvüdü. Lakin bunadək doğulduğu ölkəni deyil, Böyük Britaniyanı təmsil edib. Braun yarışlarda Sara Kouardla tərəf müqabili olub. Qalyeta isə Aleksey Şumski ilə buz üzərinə çıxıb.

 

Digər idmançımız Larri Loupolover isə Avropa çempionatında Azərbaycan adından ikinci dəfə yarışacaq. O, kişi fiqurlu konkisürənlərin fərdi yarışında iştirak edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ