“Daily Mail”: Rusiya yığması tam heyətlə Olimpiadadan kənarlaşdırılıb

daily mail rusiya yigmasi tam heyetle olimpiadadan kenarlasdirilib

Bakı-APA. Dopinqlə bağlı ciddi nöqsanlara görə 387 idmançıdan ibarət Rusiya yığması tam heyətlə Rio-de-Janeyro Olimpiadasından kənarlaşdırılıb.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın həyata keçirdiyi “dövlət dopinq proqramına” görə ölkə yığmasının bütün heyətini cəzalandırmağa qərar verib.

 

Mənbənin məlumatına görə, BOK-da  Rusiyanı həmçinin Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından da kənarlaşdırmaq niyyətindədirlər.

 

“BOK bununla dopinqin bütün idmana ağır zərbə olduğunu nümayiş etdirmək istəyir”, - deyə mənbə bildirib.

 

Rusiya Olimpiya Komitəsi bundan əvvəl ölkə yığmasının tərkibinin təsdiqlənməsi üçün idmançıların tam siyahısını Rio-2016 Olimpiya Oyunlarının Təşkilat  Komitəsinə göndərib.

 

BOK İcraiyyə Komitəsi iyulun 24-də  Rusiya millisinin Rio-2016 Olimpiya Oyunlarında iştirakına dair qərar verəcək.

 

Rio-2016 Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ