“Formula-1”: Avropa Qran-prisinin səfiri yarışı yarımçıq tərk edib

formula 1 avropa qran prisinin sefiri yarisi yarimciq terk edib

Bakı-APA. Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qrna-prisində artıq 4 iştirakçı yarışı dayandırıb.

 

Apasport.az saytının məlumatına görə, "Manor" komandasının üzvü Paskal Verlyayn bolidin əyləc sistemində problem yarandığı üçün yürüşdən çəkilib.

 

Bundan əlavə, "Red Bull Racing"dən Daniil Kvyat texniki probelmə görə, "Toro Rosso" komandasından Karlos Saynts asqıda yaranmış nasazlığa görə və Avropa Qran-prisinin səfiri, "McLaren"in sürücüsü Fernando Alonso isə bolidində yaranmış texniki problemə görə yarışı yarımçıq dayandırıb.

 

Qeyd edək ki, Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində ən yüksək sürət də qeydə alınıb. “Mercedes” komandasının pilotu Luis Hemilton bolidini 364 km/saat sürətlə idarə edib.

 

Xatırladaq ki, bir gün öncə baş tutan təsnifat yarışında "Uilyams" komandasından Valtteri Bottas sürətini 377 km/saata çatdırıb. Bu isə hələlik Bakı trekinin ən yüksək göstəricisidir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ