“Formula-1” üzrə Avropa Qran-prisinin açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Bakı-APA. “Formula-1” üzrə Avropa Qran-prisinin açılış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, əvvəlcə “Formula-1” pilotlarının öz bolidləri ilə keçidi olub.

 

Sonra möhtəşəm açılış mərasimi keçirilib. Bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət açılış mərasimində rol alıb.

 

Paradın ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx (40) nəfərdən ibarət gənc kollektivi tərəfindən Dövlət Himni ifa olunacaq və bundan sonra saat 17:00-da “Formula-1” üzrə Avropa Qran-prisi başlayacaq.

 

***

saat 15.37

 

Bakı-APA. Bakıda ilk dəfə keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi bu gün başa çatacaq.

 

Apasport.az saytının məlumatına görə, hazırda davam edən GP2 seriyasının ardınca turnirin rəsmi açılış mərasimi təşkil olunacaq.

 

Mərasim Azərbaycan mədəniyyətini “Formula-1” dəyərləri ilə birləşdirəcək. Tədbir 5 rəmz və model vasitəsilə davamlı əlaqə qurmaq üçün müəyyən sujet xətti üzərində birləşən 5 fəaliyyətdən ibarət olacaq. Pilotların 20 dəqiqəlik nəhəng paradda millətin yeni ruhu ilə birlikdə onun zəngin irsi nümayiş olunacaq. Paradın tam mərkəzində bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət yer alacaq.

 

Paradın ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx (40) nəfərdən ibarət gənc kollektivi tərəfindən Dövlət Himni ifa olunacaq və bundan sonra “Formula-1” üzrə Avropa Qran-prisi başlayacaq.

 

Yarışda birincilik uğrunda 22 pilot mübarizə aparacaq. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq dayanacaq. Odan sonar isə "Force İndia"dan Serxio Peres və "Red Bull Racing"dən Daniel Rikkardo yer alacaq.

 

Ümumi sıralamanı təqdim edirik:

 

1. 6 Niko Rosberq - "Mercedes"

2. 11 Serxio Peres - "Force İndia"

3. 3 Daniel Rikkardo - "Red Bull Racing"

4. 5 Sebastian Fettel - "Ferrari"

5. 7 Kimi Raykonnen - "Ferrari"

6. 19 Felipe Massa - "Uilyams"

7. 26 Daniil Kvyat - "Red Bull Racing"

8. 77 Valtteri Bottas - "Uilyams"

9. 33 Maks Ferstappen - "Toro Rosso"

10. 44 Lüis Hamilton - "Mercedes"

11. 8 Roman Qrojan - "Haas"

12. 27 Niko Hülkenberq - "Force İndia"

13. 55 Karlos Saynts - "Toro Rosso"

14. 14 Fernando Alonso - "McLaren"

15. 21 Estabean Qutyerres - "Haas"

16. 12 Felipe Nasr - "Sauber"

17. 88 Rio Haryanto - "Manor"

18. 94 Paskal Verlyayn - "Manor"

19. 22 Censon Batton - "McLaren"

20. 9 Markus Erikson - "Sauber"

21. 20 Kevin Maqnussen - "Renualt"

22. 30 Kolion Palmer - "Renault"

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ