Namiq Əliyev Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinə yenidən üzv seçilib

namiq eliyev dunya gules birliyinin icraiyye komitesine yeniden uzv secilib

Bakı-APA. Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü seçilib.

 

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə,  sentyabrın 3-4-də Fransanın Makon şəhərində Dünya Güləş Birliyinin növbəti illik konqresi keçirilib.

 

Konqresdə İcraiyyə Komitəsinin səlahiyyət müddətləri başa çatan üzvlərinin yerinə yeni seçkilər baş tutub. İcraiyyə Komitəsində 2010-2016-cı illərdə Azərbaycanı təmsil edən və səlahiyyət müddəti başa çatan N.Əliyev namizədliyini yenidən irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan Azərbaycan təmsilçisi yenidən bu qurumun üzvü seçilib. O, növbəti altı ildə beynəlxalq qurumun idarəçiliyində yer alacaq.

 

N.Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü seçilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ