Yığmamızın Dünya Kubokuna qatılacaq heyəti açıqlanıb

yigmamizin dunya kubokuna qatilacaq heyeti aciqlanib

Bakı – APA. İyunun 20-dən 29-dək Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakı Atıcılıq Mərkəzində baş tutacaq yarışa Azərbaycan millisi 23 snayperlə qatılacaq.

 

Belə ki, güllə atıcılığı üzrə yığmamızın baş məşqçisi İradə Aşumova əsasən gənclərə şans verəcək. O, Rio-2016-da ölkəmizi təmsil edəcək Ruslan Lunyov, həmçinin Rəsul Məmmədov, Nigar Nəsirova, Xəyalə Hüseynli, Nəzrin Abbaslı, Rəşidə Abdullayeva, Ürfan Axundov, Elvin Astanov, Zakir Beydullayev, Ülviyyə Eyvazova, Zərifə Qasımova, Leyla Mirzəzadə və Rəhim Rəhimovu sınaqdan çıxaracaq.

 

Stend atıcılığı üzrə millimizin baş məşqçisi Hafiz Cəfərov isə əsasən təcrübəlilərə güvənəcək. Komandamızın heyətində Niyaz Əlizadə, Sevda Mustafayeva, Regina Meftahətdinova, Aydan Camalova, Nurlana Cəfərova, Emin Cəfərov, Elvin İsmayılov, Əli Hüseynli, Fuad Qurbanov və Əlimirzə Quliyev hədəf önünə keçəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ