Cüdoçu Orxan Səfərov Olimpiya Oyunlarını medalsız başa vurub - YENİLƏNİB-4

cudocu orxan seferov olimpiya oyunlarini medalsiz basa vurub yenilenib 4

Bakı-APA. Səfərov bürünc medal uğrunda yapon idmançı Naohisa Takato ilə mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, bu oyunda tərəflər xal qazana bilməyiblər. İki dəfə xəbərdarlıq alan Orxan məğlub olub və Olimpiya Oyunlarını medalsız başa vurub.

 

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.    

 

 

***** 23.40

 

Bakı-APA. Azərbaycan cüdoçusu Orxan Səfərov Rio-2016-nın yarımfinalında  qazaxıstanlı idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz finalın bir addımlığında rəqibinə vaza-ari xalı ilə məğlub olub.

 

Səfərov bürünc medal uğrunda  yapon idmançı Naohisa Takato ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

 

 

**** 20.16

 

Bakı-APA.  Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının  1/16 finalında Xuan Postiqosu (Peru) sınağa çəkib. Apasport.az saytının məlumatına görə, vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə,görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

 

Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.

 

Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

 

***** 19.06

 

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında növbəti qələbəsini qazanıb.

 

APA-nın məlumatına görə, cüdoçumuz 1/8 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayevi məğlub edib.

 

O. Səfərov 1/4 finalda Felipe Kitadai (Braziliya) – Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.  

 

*** 17.58

 

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edib.

 

APA-nın məlumatına görə, idmançımız yarışa qələbə ilə başlayıb.

 

1/16 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gələn cüdoçu rəqibini məğlub edib və  növbəti mərhələyə yüksəlib. O. Səfərov 1/8 final mərhələsində  Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ