Azərbaycan millisinin “İŞİD”-in tərkibində döyüşmüş sabiq güləşçisi öldürülüb

azerbaycan millisinin isid in terkibinde doyusmus sabiq gulescisi oldurulub

Bakı – APA. Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

 

Apasport.az saytının məlumatına görə, “İŞİD”in tərkibində “Al Bara” ləqəbi ilə döyüşən idmançı Mosul şəhərində Dağıstandan olan digər dindar, “Əbu Zeyd” kimi tanınan Məhəmməd Əhmədovla birgə qətlə yetirilib.

 

Belə ki, “İŞİD”ə qoşulan Əhmədovun ölüm xəbəri sentyabrın 22-də öz qohumları tərəfindən yayılıb. O, pilotsuz qurğu ilə zərbədən sonra dünyasını dəyişib. Həmin vaxt “Əbu Zeyd”lə birgə avtomobildə daha 5 nəfər olub. Onlardan da biri “Al Bara” imiş. Çamsulvarayevin ölümünü Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

 

32 yaşlı Çamsulvaranın qohumları hələlik onun ölümü barədə məlumata malik deyillər.

 

Qeyd edək ki, Çamsulvarayev Azərbaycan millisinin heyətində 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazanıb. Həmçinin 2009-cü ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ